1.7
1.8703
0.1142
0.0126
Əlavə etPlus
+
Fortinech | Siyahi.az

Fortinech

IT

Fortinech

Elektron Poçt

[email protected]

Telefon

(055) 770-05-80

Şəhər

Bakı

Ünvan

"Fortinech" informasiya texnologiyaları sahəsində ixtisaslaşmış, peşəkar və sertifikatlı mütəxəssislərdən ibarət şirkətdir. Hədəfimiz IT infrastrukturla bağlı əsas istiqamət, ölkə daxili və xarici əlçatanlığın təmin olunması, məlumatların və IT resursların təhlükəsizliyini təmin etmək, vahid platforma üzərindən idarəetməni təmin etmək, əməliyyatların hazırlanmış xüsusi proqram təminətları əsasında avtomatlaşdırılmasını təmin etməkdir.

Biz sadəcə IT məhsul təklif etmirik, biz biznesinizi irəli aparacaq müasir həllər təqdim edirik. Biz bilirik ki, bu istiqamətdə tək və ümumi yanaşma ilə müxtəlif məkanlarda fərqli tələbatları ödəmək çətindir. Təklif etdiyimiz müasir qurğular, proqramlar və cihazlar sayəsində eyni vaxtda onlarla nəfərdən minlərlə nəfərə qədər istifadəçi vahid şəbəkə üzərindən bütün əməliyyatlar icra olunur. Nəticədə şirkət və müəssisələrin biznes-proseslərinin effektivliyi və performansı artır. Hər bir işinə məsuliyyətlə yanaşan əməkdaşlarımız sifarişləri gecikmə olmadan, razılaşdırılmış vaxtda təhvil verir və sistemlərin istifadəsinə dair ətraflı təlimlər həyata keçirirlər.

İnformasiya əsrində uğurlu biznesin təməlini təşkil edən əsaslardan biri də müəssisələrin intellektual aktivləridir. İnformasiya təhlükəsizliyi bizim yüksək önəmlə diqqət etdiyimiz bir parametrdir.

Fikrini bildir
Əvvəlki şirkət :
RITEL