Phone

Dəstək xətti

+99455 577 27 17
  • instagram

Şirkətlər

Amrah Sığorta

Amrah Sığorta

Azərbaycan Sığorta Bazarında 2003-cü ildə fəaliyyətə başlamış Amrah Sığorta ASC yarandığı gündən stabil və dinamik inkişaf yolunda uğurla irəliləyən sığorta şirkətidir. Cəmiyyətin daxili siyasəti bizə Sığorta Bazarında yüksək mövqelərdə öz yerini qoruyub saxlamağı və hər il müştəri sayını artırmaq imkanları yaradır. Amrah Sığorta ASC öz dəyərli müştərilərinə qüsursuz və yüksək səviyyədə xidmət göstərməklə, onlara etibarlı maliyyə tərəfdaşı olmağı və onların inamını qazanmağı özünün əsas vəzifəsi hesab edir. Müştərilərimizin bir çoxlarının bizim sığorta xidmətlərindən təkrarən istifadə etməsi, bizim peşəkarlıq keyfiyyətimizin müştəri gözləntisindən daha artıq olmasına sövq edir. Öhdəliklərin yerinə yetirilməsinin əsas şərtlərindən biri nizamnamə kapitalının davamlı artımıdır. Bu baxımdan Amrah Sığorta ASC-nin nizamnamə kapitalı 2007-ci ildə 700 min manat, 2008-ci ildə 1 milyon manat, 2012-ci ildə isə 4,5 milyon manata qədər artırılmışdır. 2013-cü ildə nizamnamə kapitalı 5 milyon manata çatdırılmışdır. Nizamnamə kapitalının yüksək artımı səhmdarlar tərəfindən cəmiyyətə olan böyük dəstəyin və müştərilərin böyük etibarının göstəricisidir. Belə bir yanaşma tərzinin nəticəsi olaraq, 2008-ci ildə Maliyyə Nazirliyi tərəfindən Amrah Sığorta ASC keyfiyyətli və düzgün iş prinsiplərini davam etdirmək üçün ona sığorta fəaliyyəti üçün müddətsiz lisenziya təqdim olunmuşdur. Cəmiyyət öz müştərilərinin maliyyə maraqlarını təmin etmək üçün hazırda 22 könüllü sığorta növləri ilə məşğul olma lisenziyasına malikdir. Biz fərdi və korporativ müştərilərimizə nəqliyyat, əmlak, yük, səyahət, fərdi qəza, tibbi sığorta və s. sığorta növləri üzrə xidmətlərimizi təklif edirik. Amrah Sığorta ASC daim yeni sığorta məhsullarının hazırlanması, onların inkişaf və təşviqini, eyni zamanda xidmətlərin həcminin və keyfiyyətinin artırılmasını özünün prioritet məqsədi hesab edir. Yaxın prespektivdə Amrah Sığorta ASC strateji plana uyğun olaraq paytaxt və regionlarda öz filial və nümayəndəliklərinin sayını artırmaqla öz müştərilərinə daha yaxın olmağı planlaşdırır.

Ata Sığorta

Ata Sığorta

“AtaSığorta” ASC 2004-cü il iyul ayının 21-də rəsmi dövlət qeydiyyatından keçib və həmin ilin sentyabr ayının 3-dən etibarən tam lisenziyalı sığorta fəaliyyətini həyata keçirir. Təsisçisinin (səhmdarı) AtaHolding ASC olduğu şirkətin ödənilmiş nizamnamə kapitalı 12,4 mln. AZN təşkil edir. Şirkət, fəaliyyətinin əsas prinsipi kimi fiziki və hüquqi şəxslər üçün effektiv sığorta layihələri hazırlayır və inkişaf etdirir. AtaSığorta, müştərilərinin bütün mümkün və sığortalana biləcək risklərinə maksimum təminat verir. AtaSığorta şirkəti 28 növ : 24 könüllü və 4 icbari növlər üzrə sığorta xidmətləri təqdim edir. Şirkətin təqdim etdiyi əsas sığorta növləri arasında əmlak sığortası, nəqliyyat vasitələrinin sığortası, nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari və könüllü sığortası, sürücü və sərnişinlərin bədbəxt hadisələrdən sığortası, üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası, yüklərin sığortası, inşaat sığortası, işəgötürənin məsuliyyətinin sığortası, tibbi sığorta, fərdi qəza sığortası, bank və bank fəaliyyətinin sığortası və s. vardır. Şirkət, partnyorları və müştəriləri qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsindən, sahib olduğu sığorta xidmətləri portfelindən, əhəmiyyətli həcmdə sığorta rezervlərindən, praktiki iş təcrübəsi və peşəkar personaldan asılıdır. Bütün bu standartlara cavab verə bilmək üçün AtaSığorta beynəlxalq sığorta bazarının Lloyds of London, Hannover Re, Chartis/AIG, Russian Re, ACE, Allianz, SCOR, BRIT və digər şirkətlərlə əməkdaşlıq edir. Heydər Əliyev Mərkəzi, Dövlət Neft Fondu, Müasir İncəsənət Fondu, Azeronline, AtaBank, AG Bank, Dəmirbank, MuğanBank, ParaBank, VTB Bank, AIKON CPIT, Synergy Group, Azpetrol, AzərPoçt, Hydroserv Caspian LTD, McDermott Caspian Contractors Inc. və digər şirkətlər öz bizneslərinin qorunmasını AtaSığorta şirkətinə etibar ediblər. Şirkət 2005-ci ildə “Moody İnternational” təşkilatı tərəfindən İSO 9001:2000 beynəlxalq keyfiyyət sertifikatı almışdır. 2007-ci ilin yekunlarına görə “AtaSığorta” ASC “İlin Sığorta şirkəti” nominasiyası üzrə “Uğur” Milli Mükafatına layiq görülmüşdür. Gənclərlə səmərəli iş fəaliyyətinə görə 2010-cu ildə “AtaSığorta” ASC “Gənclərin Dostu” Milli Mükafatına layiq görülmüşdür. 2010-cu ilin yekunlarına görə “AtaSığorta” ASC “Nüfuz və Etibar” nominasiyası üzrə “Azeri Business Award” Milli Mükafatına layiq görülmüşdür. Şirkət 2011-ci ilin sonunda 3 il müddətinə “Moody İnternational” şirkəti tərəfindən İSO 9001:2008 beynəlxalq keyfiyyət sertifikatı almışdır. Şirkət 2011-ci ilin sonundan İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. 2012-ci ilin yekunlarına görə “AtaSığorta” ASC “Sığortaçılığın inkişafına verdiyi töhfəyə görə” nominasiyası üzrə “Uğur 2012” Milli Mükafatına layiq görülmüşdür. Şirkət 2014-cü ilin sonunda 3 il müddətinə “Intertek” şirkəti tərəfindən İSO 9001:2008 beynəlxalq keyfiyyət sertifikatı almışdır. Şirkətin 6 filialı ("Mərkəzi", "Sumqayıt", "Qərb", "Şimal", "Cənub", "Xəzər"), 6 nümayəndəliyi ("Şamaxı", "Zaqatala", "Bərdə", "Gədəbəy", "Gəncə-Kəpəz" və "Ağdaş") və 11 satış ofisi fəaliyyət göstərir.

Azərbaycan Sənaye Sığorta

Azərbaycan Sənaye Sığorta

“Azərbaycan Sənaye Sığorta” ASC Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 17 dekabr 1996-cı il tarixində təsis edilmiş “Cİ Sığorta” MMC-nin təşkilatı-hüquqi formasının dəyişdirilməsi yolu ilə yaradılmışdır və onu hüquqi varisidir. 2008-ci ilin sonunda müvafiq çıxarışa əsasən Cəmiyyətin təşkilatı-hüquqi forması dəyişdirilərək Açıq Səhmdar Cəmiyyət olmuşdur. 125 000 ABŞ dolları həcmində nizamnamə kapitalı ilə dövlət qeydiyyatından keçən Cəmiyyətin nizamnamə kapitalı 24 may 2010-cu il tarixində 4 000 000 manata çatdırılmışdır. 28 iyun 2012–ci il tarixində Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidməti tərəfindən, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 4.4-cü maddəsinə əsasən “Azərbaycan Sənaye Sığorta” ASC-yə icbari sığorta növləri üzrə fəaliyyət göstərilməsinə icazə verilmişdir. Beləliklə Cəmiyyət İcbari Sığorta Bürosunun üzvlüyünə qəbul edilmişdir. 12 dekabr 2012-ci il tarixində Cəmiyyətin nizamnamə kapitalı artaraq 8 160 000 manata çatdırılmışdır. 29 könüllü, 4 icbari olmaqla, cəmi 33 növ üzrə sığorta xidməti göstərən “Azərbaycan Sənaye Sığorta” ASC-nin, Səhmlərinin 75% “Anadolu İnvestment Kompani”MMC-yə, 25%-i isə Azərbaycan Sənaye Bankı” ASC-yə məxsusdur. Hazırda Cəmiyyət 30-a yaxın nümayəndəlik və satış mərkəzləri ilə geniş bir əhatədə müştərilərinə operativ xidmət göstərməkdədir. 2014-cü ildən Azərbaycan Respublikası Prezidenti Yanında Vətandaşlara Xidmət və Sosial Innovasiyalar üzrə Dövlət Agentliyi (ASAN) ilə cəmiyyət arasında tərəfdaşlıq müqaviləsi imzalanaraq, əlaqədar agentlik vasitəsi ilə fiziki və hüquqi şəxslərə sığorta məhsullarının satışı təmin edilməkdədir. Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, 02 aprel 2012-ci il tarixində sığorta fəaliyyəti, 28 fevral 2014-cü il tarixində isə təkrarsığorta fəaliyyətinə müddətsiz lisenziya verilmişdir. 26 dekabr 2014-cü il tarixində Cəmiyyətin nizamnamə kapitalı kеçmiş illərin bölüşdürülməmiş mənfəəti hesabına artaraq 11 000 000 manata çatdırılmış, həmçinin ingilis dilində tam rəsmi adı dəyişdirilərək “Azerbaijan Industrial Insurance”OJSC olmuşdur. Azərbaycan Sənaye Sığorta ASC 2016-cı ildə iki beynəlxalq mükafata layiq görülüb, Global Brands Magazine tərəfindən “Best non-life insurance company-Azerbaijan 2016” və Finans Digest Magazine tərəfindən "Brand of Business Excellence-Azerbaijan 2016”. 2017-ci ilin fevral ayında Azərbaycan Sənaye Sığorta ASC Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən “Şəffaf Vergi Partnyorluğu statusu" əldə edib.

Dövlət Sığorta Şirkəti

Dövlət Sığorta Şirkəti

1917-ci il inqilabına qədər Rusiya imperiyasının tərkibində olan Azərbaycanda bir çox dövlətlərin – Rusiya, Almaniya, İngiltərə və başqa dövlətlərin sığorta cəmiyyətləri var idi. 1918-ci ilin 28 may tarixində Şərqdə ilk olaraq Azərbaycan Demokratik Xalq Cumhuriyyəti yaradıldı. Lakin 1920-ci il 29 aprelində XI Qırmızı Rus Bolşevik Ordusu tərəfindən Azərbaycan Respublikası işğal olundu. Demokratik Respublika devrildi. Azərbaycan Sovet Sosialist Respublikası Zaqafqaziya Federasiyası tərkibində elan olundu və SSRİ-nin tərkibinə 1920-ci ildə daxil edildi. Dövlət sektorunda müəssisələrin maliyyə və əmlakının mühafizəsi məqsədi ilə 1921-ci ildə Moskvada SSRİ-i Maliyyə Xalq komisarları tərkibində Dövlət Sığorta İdarə edilməsi yaradilmışdır. Dövlət Sığorta sisteminin yaradilması böyük şəbəkə filiallarının və bütün SSRİ ərazisində nümayəndəliklər qurulması nəzərdə tutuldu. 1921-ci il 21 oktyabrda Azərbaycan Sovet Sosialist Respublikasında yerli Dövlət Sığorta İdarəsi yaradıldı. Bütün SSRİ Dövlət Sığorta İdarələri böyük şəhərlərdə və respublikanın rayonlarında, regionlarda, vilayətlərdə geniş filiallar şəbəkəsinə malik oldular. Azərbaycan SSR-ın Dövlət Sığorta İdarəsi Bakı şəhəri üzrə 11 filiala, şəhər və rayonlarında isə 80 filialdan ibarət təşkil edilmişdir. 1991-ci ildə SSRİ dağıldıqdan sonra Azərbaycan yenidən öz müstəqilliyini bərpa etdi və Azərbaycan Müstəqil Respublikası yaradıldı. SSRİ Dövlət Sığorta İdarəsı də dağıldı və Azərbaycan Dövlət Sığorta Şirkətı yaradıldı. 1992-cı ildə Azərbaycan Dövlət Sığorta Şirkətı olaraq adlandırııldı və “Azərsığorta” kimi fəalliyətiini davam etdirdi. Hal-haz ırda “Azərsığorta” respublikanın bütün ərazisində fəaliyyət göstərir və 80 sığorta agentliyinə malikdir. Şirkətin Baş ofisi Bakı şəhərində yerləşir, respublikanın bütün şəhər və rayon agentlikləri ilə kompüter, teletayp və telefon əlaqəsınə malikdir. Şirkətdə 700 nəfər çalışır ki, onlardan 360 nəfər ştat işçisi, 340 nəfər isə ştatdankənar əməkdaşdır. Azərbaycan Respublikasında 30-dan cox sığorta şirkəti və bir sıra xarici dövlətlərin broker və siğorta şirkətlərinin nümayəndəlikləri fəaliyyət göstərir ki, “Azərsığorta” Şirkəti daima onlarla əməkdaşlıq edir. Sığorta xidmətlərində çalışır ki, keyfiyyətli və çoxlu növlər üzrə köməkliklər göstərsin. Azərbaycan Dövlət Sığorta Şirkətı “Azərsığorta” Respublikada fəaliyyət göstərən siğorta şirkətlərinin ilk beşliklər siyasına daxildir. Sığortaçı kimi maliyyə imkanlarına malik olması, onun sığorta əməliyyatarında iştirakını və onların rentabelliyinin qorunub saxlanmasında, risklərin aparılmasında genış imkanlar yaradır, başqa ölkələrin Sığortaçıları ilə əlaqələrini genişləndirir. Şirkət Respublika daxilində və bir sıra xarici Şirkətlərlə təkrar sığorta müqavilələrinin bağlanması və onların yerləşdirilməsi üzrə müxtəlif sahələrdə işlər görür. Belə ki, Lloyd təkrar broker, Böyük Britaniya, ABŞ, Almaniya, Türkiyə, Rusiya, İran, Fransa, İsveçrə, Yaponiya və başqa sığorta şirkətləri ilə siğortanın müxtəlif sahələri üzrə təkrar sığorta müqavilələri bağlanılır və əlaqələr yaradılmışdır. Azərbaycan Dövlət Sığorta Şirkətı “Azərsığorta” əməkdaşlıq etdiyi xarici sığorta və təkrar sığorta şirkətləri “Azersığorta ” Sığorta Şirkəti “Başak sığorta”, “AON Azeri”, “AİG”, “LukOil insurance,” “MinehRe”, “AzRe”, “MBASK”, “Tokio Marine”, “Merkurey Assistance”, ”Tokio Marine” hesab olunurlar.

Azsığorta

Azsığorta

“AZSIĞORTA” ASC 2006 ildən Azərbaycan sığorta bazarında uğurla fəaliyyət göstərir. Şirkətin daxili siyasəti bizə sığorta bazarında yüksək mövqe tutmağa və sığortalıların sayını ilbəil artırmağa imkan yaradır, bunu Maliyyə Nazirliyinin tətbiq etdiyi sığorta şirkətləri arasındakı illik reytinqi aydın göstərir. 1 000 000 manat həcmində nizamnamə kapitalı ilə dövlət qeydiyyatından keçən “AZSIĞORTA”ASC 1 il sonra kapitalını 100% artıraraq 2 000 000 manata, 2008-ci ilin nəticələrinə görə isə nizamnamə kapitalı 100% artıraraq 4 milyon manata çatdırmışdır, 2012-ci ildə nizamnamə kapitalı 20 300 000 manat təşkil etmişdir. Bu gün “AZSIĞORTA”ASC-yə rəhbərlik edən İdarə Heyəti, o cümlədən aparıcı işçi heyəti sığorta sektorunda kifayət qədər böyük təcrübəyə malik olan şəxslərdən təşkil olunmuşdur. Bu isə ilk növbədə mövcud və potensial müştərilərin sığorta ehtiyaclarının düzgün müəyyən olunmasına, habelə sığorta bazarının dəyişən tələblərinə operativ cavab verməklə yüksək səviyyəli sığorta xidməti təşkil etməyə imkan verir. “AZSIĞORTA”ASC Azərbaycan Respublikasının bir çox regionlarında filiallar və nümayyəndəliklərlə təmsil olunub. Belə ki, Bakı şəhərində yerləşən Baş ofisdə, həmçinin Sumqayıt, Gəncə, Lənkaran, Şirvan, Xaçmaz, Qəbələ, Tərtər, Şamaxı və Yevlax şəhərlərində fəaliyyət göstərən regional filiallarında ümumi olaraq 300 nəfər işlə təmin edilib. Bu da öz növbəsində regionların sosial-iqtisadi inkişafına dəstək olmaqla sığorta ehtiyaclarının operativ şəkildə təmin olunması ilə yanaşı müştərilərə günün 24 saatı keyfiyyətli sığorta xidmətinin göstərilməsində xüsusi rol oynayır. Bundan başqa şirkətin bir sıra satış nöqtələri də açılmışdır. “Cəmiyyət” maliyyə sabitliyini təmin etmək məqsədi ilə yerli və xarici sığorta, təkrarsığorta və broker şirkətləri ilə yaxından əməkdaşlıq edir. “AZSIĞORTA”ASC qəbul etdiyi riskləri Avropa və dünya təkrarsığorta bazarının ən etibarlı təkrarsığorta şirkətində operativ yerləşdirmək imkanına malikdir. “AZSIĞORTA”ASC-ni digər şirkətlərdən fərqləndirən əsas əlamətlərdən biri kimi daim yeni sığorta məhsullarının yaradılmasını, iş prosesində innovasiyaların tətbiqini, sığorta sahəsində kütləvi təbliğat işlərinin aparılmasını, insanların sığorta sahəsində maarifləndirilməsini və s.göstərmək olar. Uğurlu kommersiya fəaliyyəti ilə yanaşı “AZSIĞORTA”ASC yarandığı gündən sosial sahələrdə də təqdirəlayıq işlər aparmaqdadır. Şirkət fəaliyyət göstərdiyi zaman ərzində Xətai və Suraxanı rayonlarındakı uşaq evlərinin sakinlərinin əl işlərindən ibarət satış-sərgi təşkil etmiş, tədbirin bütün xərcləri şirkətin hesabına maliyyələşdirilmiş və sərgidən əldə olunan qazanc uşaq evlərinin problemlərinin həllinə yönəldilmişdir “AZSIĞORTA” ASC 2009-cu ilə də uğurlu başlamışdır. Qısa müddət ərzində şirkət İSO 9001:2000 keyfiyyəti idarəetmə sisteminə uyğun sertifikatlaşdırılmışdır. 2011-ci ilin dekabr ayından etibarən isə İcbari Sığorta Bürosunun üzvüdür.

Xalq Sığorta

Xalq Sığorta

2005-ci ildən başlayaraq "Xalq Sığorta" ASC universal sığorta şirkəti kimi uğurla öz fəaliyyətini həyata keçirir. Şirkətin daxili siyasəti sayəsində biz, sığorta bazarındakı yüksək mövqeyimizi əminliklə qoruyur, ildən ilə müştərilərimizin sayını artırırıq. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 000333 saylı lisenziyasına əsasən Şirkət 20-dən artıq könüllü və 3 icbari sığorta növünü uğurla gerçəkləşdirir. Xalq Sığorta ASC Azərbaycan sığorta bazarının ən iri iştirakçılarındandır, onun ödənilmiş nizamnamə kapitalı 39 388 700 manat təşkil edir. Çoxşaxəli filial şəbəkəsinin sayəsində Şirkət Azərbaycan Respublikasının bütün ərazisində müştərilərin maraqlarının mühafizəsini təmin edə bilir. Partnyor və müştərilər qarşısında öhdəliklərin vaxtlı vaxtında həyata keçirilməsi sığorta bazarında Şirkətə nüfuzlu ad və hörmət qazandırmışdır ki, yerli və xarici sığorta və təkrarsığorta şirkətləri ilə uzunmüddətli güvənli əməkdaşlıq əlaqələri bunu bir daha sübut edir. Xalq Sığorta aşağıdakılara zəmanət verir: müştəri tələbatlarının təmin edilməsi üçün keyfiyyətli xidmət lazımsız təminatlar və əsassız ödəmələr olmadan ən əlverişli sığorta növünün təqdim edilməsi sığorta müddəti ərzində mümkün olan sığorta hadisələrinin tənzimlənməsində dəstək və hüquqi məsləhətlər növbəti ödəmə haqqında və ya cari sığorta müqaviləsinin müddətinin başa çatması barəsində müştərilərin öncədən xəbərdar edilməsi. Xalq Sığortanın fəaliyyəti əsasında istənilən an müştərilər üçün açıq və rahat olmaq prinsipi durur. İstər məlumat aldıqda, istər xidmət əldə etdikdə, istərsə də sığorta hadisəsi baş verdikdə. Bunun sayəsində müştərilərimiz mümkün risklər haqqında deyil, yalnız öz biznesləri, mənfəət və inkişafları barəsində düşünə bilirlər.

Meqa Sığorta

Meqa Sığorta

"Meqa Sığorta” ASC fəaliyyətə 2010-cu ilin oktyabr ayında başlamışdır. 28 sığorta şirkəti arasında uğurla irəliləyərək aparıcı sığorta şirkətləri arasında layiqli yer tutmuşdur. “Meqa Sığorta” ASC fəaliyyətinə 2012-ci ildə Maliyyə Nazirliyi tərəfindən müddətsiz lisenziya (№ 000587) verilmişdir. Həmin ildə Şirkət ISO 9001:2008 keyfiyyət standartlarına layiq görülmüşdür, 2013-cü ildə də müvəffəqiyyətlə yenilənmişdir. “Meqa Sığorta” ASC müvafiq lisenziya əsasında 28 növ könüllü və 3 icbari sığorta növü üzrə xidmət göstərir. Şirkət qabaqcıl beynəlxalq sığorta və təkrarsığorta şirkətləri ilə əməkdaşlıq edir. 2012-ci ilin 28 mart tarixindən “Meqa Sığorta” ASC icbari sığorta növləri üzrə xidmətlərin göstərilməsi üçün İcbari Sığorta Bürosunun iştirakçı sığortaçıların reyestrinə daxil edilmişdir. “Meqa Sığorta” ASC-nın Baş ofisi Bakı şəhərində yerləşir və Azərbaycan Respublikasının 16 bölgəsində filiallar fəaliyyət göstərir: Sumqayıt, Sahil, Ağcabədi, Şimal, Xaçmaz, Xudat, Şamaxı, Şırvan, Şəki, Şəmkir, Mingəçevir, Gəncə, Zaqatala, Lənkəran, Cənub və Ağsu. Bu yaxınlarda, Bakı şəhərində şirkətin "Mərkəz" filialı öz fəalliyətinə başlamışdır. Hal-hazırda “Meqa Sığorta” ASC-də 100 nəfərdən çox əməkdaş çalışır. 2013-cü ildə sığorta şirkətləri arasında seçilərək “Meqa Sığorta” Şirkəti sığorta bazarında müştəri məmnuniyyətinin artırılması uğrunda çalışdığına görə “Ən dinamik inkişaf edən sığorta şirkəti” adına layiq görülüb və bunun nəticəsində 2014-cü ildə "Meqa Sığorta" ASC “UĞUR” mükafatı ilə təltif olunub. Şirkət qısa müddət ərzində kifayət qədər ciddi nəticələrə imza atıb, keyfiyyətli xidmət və etibarlı sığorta təminatçısı kimi müştərilərin rəğbətini qazanıb. 2015-ci ildə Avropa standartlarına uyğun olaraq keyfiyyət idarəetmənin, məhsul və xidmətlərin inkişafında yüksək nailiyyətlər qazandığına görə şirkət European Quality Award nominasiyasına layiq görülüb. “Meqa Sığorta” Şirkəti təklif etdiyi xidmət səviyyəsini nəzərə çarpacaq dərəcədə yüksəltməklə yanaşı müştəri məmnuniyyətinin artırılması istiqamətində ilbəil çalışır. Həmin ildə İsveçrənin SGS şirkəti tərəfindən ISO-9001 2008 keyfiyyət idarəetmə sertifikatı ilə təltif edilmişdir. 2016-cı ilin iyun ayından “Meqa Sığorta” ASC Azərbaycandakı Amerika Ticarət Palatasının üzv olub.

Paşa Həyat

Paşa Həyat

“PAŞA Holding” şirkətlər qrupuna daxil olan “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti 24.11.2010-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 14.02.2011-ci il tarixli lisenziyası əsasında həyat sığortası sahəsi üzrə xidmətlərin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərir. Təsis olunduğu zaman “PAŞA Həyat Sığorta” ASC-nin nizamnamə kapitalı 7.000.000 (yeddi milyon) AZN təşkil edirdisə, fəaliyyətinin ilk 3 ilinin nəticəsi olaraq Cəmiyyətin nizamnamə kapitalı 5,75 dəfə artırılaraq, hazırda 40.250.000 (qırx milyon iki yüz əlli min) manata çatdırılmışdır. “PAŞA Həyat Sığorta” ASC İcbari Sığorta Bürosunun iştirakçısıdır. “PAŞA Həyat Sığorta” ASC dinamik inkişaf edən universal həyat sığortası şirkəti olaraq hazırda Azərbaycan sığorta qanunvericiliyi ilə nəzərdə tutulmuş bütün həyat sığortası siniflərinə aid hər bir müştərinin tələblərinə cavab verən aşağıda qeyd olunan məhsullar təqdim edir: Sığorta bazarında öz mövqeyini möhkəmləndirmək məqsədilə “PAŞA Həyat Sığorta” təqdim etdiyi məhsulların şərtlərinin müştərilər üçün daha sərfəli olması istiqamətində daimi iş aparır. Sığorta risklərinin etibarlı təkrarsığortası sahəsində “PAŞA Həyat Sığorta” ASC yüksək reytinqli beynəlxalq aparıcı təkrarsığorta şirkətləri ilə əməkdaşlıq edir. “PAŞA Həyat Sığorta” Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA), Azərbaycan Risk Peşəkarları Assosiasiyası (ARPA), Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB), Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK), Azərbaycan-Amerika Ticarət Palatasına (AMCHAM) üzvdür. Şirkət keyfiyyətin idarəedilməsi üzrə "TÜV Thüringen" ISO 9001:2008 beynəlxalq keyfiyyət sertifikatına malikdir. 2013-cü ilin yekunlarına görə “PAŞA Həyat Sığorta” şirkəti Rumıniyanın “XPRIMM Insurance Report” beynəlxalq sığorta jurnalı tərəfindən “ən mənfəətli həyat sığortası şirkəti” nominasiyası üzrə xüsusi beynəlxalq mükafata layiq görülüb. 2014-cü ildə “PAŞA Həyat Sığorta” ASC “Azərbaycanın mədəni irsinin təbliğində xidmətlərə görə” nominasiyası üzrə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin "Milli irs” mükafatı ilə təltif edilmişdir.

Paşa Sığorta

Paşa Sığorta

“PASHA Holding” Azərbaycanın ən iri investisiya korporasiyalarından biridir. Yaradıldığı tarixdən – 2006-cı ilin 1 noyabrından başlayaraq, cəmi bir neçə il ərzində “PASHA Holding”in fəaliyyəti istehsal və maliyyə sferalarının geniş diapazonunu əhatə etdi. Hal-hazırda holdinq sığorta, bank, tikinti, turizm və digər sahələrdə fəaliyyət göstərir. Bu gün “PASHA Holding” biznes çevrəsində tutduğu mövqeləri möhkəmləndirməkdə davam edir. “PASHA Holding” investisiya qrupunun investisiya portfeli səhmlərin nəzarət paketindən və biznesdə nəzarət paketi olmayan iştirak paylarından ibarətdir. “PASHA Holding” investisiya qrupunun fəaliyyətinin müvəffəqiyyəti, başlıca olaraq onun rəhbərliyinin seçdiyi biznesin aparılması fəlsəfəsi ilə şərtlənmişdir. Holdinq fəaliyyətini xalqımızın təşəkkül tapmış milli həyat tərzini nəzərə almaqla biznesin şəffaflığı, keyfiyyəti və mənfəətliliyi kimi təməl anlayışları əsasında qurmuşdur. “PASHA Holding” biznes fəaliyyətində dayanıqlı inkişafa yönəlik idarəetmə prinsiplərinə əsaslanaraq, korporativ idarəetmənin rolu və əhəmiyyətinə tam dəyər verir.

AXA MBASK

AXA MBASK

MBASK Sığorta Şirkəti 1992-ci ildən öz fəaliyyətini həyata keçirir və müstəqil Azərbaycanın ilk özəl sığorta şirkətlərindən biridir. 1992-ci ildən 1996-cı ilədək olan dövrdə Azərbaycanın sığorta bazarının təşəkkülü baş verirdi. Bu müddət ərzində bazarın məhdud imkanlarına baxmayaraq MBASK peşəkar kollektiv formalaşdırmağa nail oldu və bu gün 29 sığorta növünü həyata keçirmək üçün lisenziyaya sahibdir. 2005-ci ildə Azərbaycan sığorta bazarının tarixində ilk dəfə Avropa Yenidənqurma və İnkişaf Bankı MBASK Sığorta Şirkətinin səhmlərinin 30 %-ni alaraq yerli sığorta şirkətinin səhmdarı oldu. 2006-2007-ci illərdə müstəqil bazar təhqiqatları MBASK şirkətini əhali arasında ən populyar və etibarlı sığorta şirkəti kimi tanımışdır. 2004-cü ildə MBASK Sığorta Şirkəti müvəffəqiyyətlə keyfiyyətin idarə olunması sisteminin sertifikatlaşdırılmasını keçmişdir. Şirkətin auditorları qismində Moody İnternational şirkətinin mütəxəssisləri iştirak etmişdirlər. Yoxlamanın nəticələrinə görə MBASK Sığorta Şirkətinə müvafiq sertifikat təqdim olunmuşdur. 3 il ərzində şirkət bütün zəruri keyfiyyət standartlarına riayət etmişdir ki, bu da həmin sertifikatın ilbə-il təsdiq olunmasında öz əksini tapmışdır. 2007-ci ilin dekabrında Moody İnternational şirkətinin mütəxəssisləri MBASK Sığorta Şirkətinin keyfiyyət menecmenti sisteminin növbəti auditor yoxlamasını aparmış və onun keyfiyyət menecmenti üzrə İSO 9001:2000 beynəlxalq standartının tələblərinə uyğun olduğunu təsdiq etmişlər. 2007-ci ilin nəticələrinə görə MBASK sığorta şirkəti toplanmış tədiyyələrin həcmi üzrə Azərbaycanın özəl şirkətləri arasında birinci yeri tutmuşdur. 14 oktyabr 2010 il tarixdə dünyanın ən iri sığorta şirkətlərindən biri olan “AXA Group” özünün törəmə cəmiyyəti olan “AXA Seguros Generales, S.A., De Seguros Y Reaseguros” (İspaniya) şirkəti vasitəsilə “MBASK” Sığorta Şirkətinin səhmlərinin əhəmiyyətli nəzarət zərfini (51 %) əldə etmişdir. AXA Group dünyada ən iri sığorta şirkətlərindən biridir və Fortune Global 500-ün 2010-cu il üzrə siyahısında gəlirlərinə görə dünyanın 9-cu ən iri şirkəti kimi göstərilmişdir. AXA 57 ölkədə, əsasən Qərbi Avropada, Şimali Amerikada, Asiya-Sakit okean regionunda və Yaxın Şərqdə fəaliyyət göstərir. Qrupun 216 000-dən artıq əməkdaşı və dünya üzrə 96 000 000 müştərisi vardır. Qrup beş əməliyyat biznes-seqmentindən ibarətdir: Həyatın və Əmanətlərin sığortası, Əmlakın sığortası və Bədbəxt Hadisələrdən sığorta, Beynəlxalq sığorta (təkrarsığorta daxil olmaqla), Aktivlərin idarə edilməsi, habelə digər maliyyə xidmətləri. 2010-cu ilin 7 dekabrında MBASKın lisenziyası şirkətin adının AXA MBASK`a dəyişdirilməsi ilə əlaqədar olaraq yenilənib

Rəvan Sığorta ASC

Rəvan Sığorta ASC

“Rəvan Sığorta” ASC 1998-ci ildə təsis edilmişdir. 17 illik təcrübəsi ilə, müştərilərinə yüksək keyfiyyətli xidməti göstərən, Azərbaycan sığorta xidmətləri bazarına öz tövhəsini verən inanılmış şirkətlərdəndir. Fəaliyyətinin ilk illərində “Double İnsurance Company” QSC kimi tanınan, “Rəvan Sığorta” ASC 2004-cu ildə təsisçilərin dəyişməsi ilə yanaşı, şirkət adının da dəyişməsi prosesini yaşayaraq “Star Alyans Sığorta” şirkəti adını almışdır. Şirkətin formalaşmasının sonuncu və uğurlu mərhələsi 2007-ci ilə təsəduf edir. Belə ki, Respublikanın ən iri şirkətlərindən olan “Nurgun Şirkətlər Qurupu“nun Rəvan Sığorta”ASC –nin səhmlərinin əhəmiyyətli nəzarət zərfini (100 %) əldə etməsi ilə başlamışdır. Beləliklədə 2009-cu ildə şirkətin adı dəyişilərək “Rəvan Sığorta” olmuşdur.

A-QROUP

A-QROUP

A-QROUP SIĞORTA ŞİRKƏTİ 1995-ci ildə yaradılmışdır. A-Qroup özəl və 100% milli şirkətdir. A-Qroup Sığorta Şirkəti Tibbi sığorta, Bədbəxt hadisələrdən fərdi sığorta, Əmlak sığortası, Nəqliyyat vasitələrinin sığortası, Xarici səfərlər zamanı sığorta, Peşə məsuliyyəti sığortası və s. ilə sığorta növləri ilə məşğul olur. Fəaliyyətinin başlıca istiqamətini isə Tibbi sığorta təşkil edir. Uzun illərdir ki A-Qroup Sığorta Şirkəti Azərbaycan sığorta bazarında Könüllü Tibbi Sığorta üzrə liderliyi əldə saxlayır. A-Qroup Sığorta Şirkətinin mükafatları: CIBC Award 2005 - dinamik maliyyə inkişafı, UGUR Award 2005 - İlin Sığorta Şirkəti. A-Qroup ISO: 9001/2008 standartlarına uyğun keyfiyyətə nəzarət sistemi üzrə fəaliyyit göstərir. Sığorta proqramlarının inkişafında müştərilərimizin arzu və tövsiyələri, aparılan araşdırmaların və mütəxəssislərimizin uzun müddətli iş təcrübəsinin nəticələri nəzərə alınmışdır. Müştərilər üçün yüksək səviyyəli tibbi yardım təşkil etmək üçün şirkətimiz Bakı şəhərində və Azərbaycan Respublikasında fəaliyyət göstərən ən qabaqcıl klinikaların daxil olduğu xüsusi tibbi yardım sistemi işləyib hazırlamışdır. Bizimlə tibbi xidmət və xidmət standartları üzrə rəqabət apara biləcək digər bir müəssisənin olmadığından əminik. A-Qroup sığorta şirkəti müştərilərinin rahatlığını təmin etmək və etimadını qazanmaq üçün əlindən gələni əsir gəmir. Respublikamızda fəaliyyət göstərən BP, EXXON, TOTAL E&P, AZERCELL, ERNST&YOUNG, ABŞ, Niderland, Fransa səfirlikləri və s. kimi iri şirkətlər öz əməkdaşları və onların ailə üzvlərinin sağlamlığını A-Qroup Sığorta Şirkətinə etibar etmişdir.

HAQQIMIZDA

Siyahi.az saytı olaraq izləyicilərimizin rahatlığı üçün müxtəlif sahələri birləşdirdik.

Daha ətraflı

BİZİ İZLƏYİN