Phone

Dəstək xətti

+99455 577 27 17
  • instagram

Şirkətlər

PAREX L&F

PAREX L&F

Pareks Lizing and Faktorinq şirkəti 2005-ci ildən fəaliyyət göstərir və dinamik şəkildə inkişaf edərək, qısa müddət ərzində əhəmiyyətli lizinq portfeli yarada bilmişdir. Hal-hazırda biz minik və yük avtomobillərinin, avtobusların, xüsusi texnikanın və avadanlığın sərfəli şərtlərlə və minimum sənədləşmə ilə lizinq vasitəsilə əldə edilməsi ilə bağlı xidmətlərin geniş spektrini təqdim edirik.

AQROLİZİNQ

AQROLİZİNQ

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il oktyabrın 23-də imzaladığı sərəncamla yaradılıb. Səhmlərinin 100 faizi dövlətə məxsus olduğundan yarandığı vaxt Cəmiyyətə İqtisadi İnkişaf Nazirliyi nəzarət edib. 2009-cu il iyulun 21-də isə Prezidentin sərəncamına əsasən “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verilib. 22 noyabr 2005-ci ildə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin regional bazalar haqqında əsasnaməsinin 1.4-cü bəndinə əsasən həmin 9 təchizat bazasının tərkibində “Aqroservis“ şəbəkələri yaradılıb. 8 iyul 2006-cı ildə Azərbaycan Respublikası İqdisadi İnkişaf Nazirliyinin 331 N-li əmri ilə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının 61 rayonunda təsərrüfat hesablı Aqroservis filialları fəaliy­yətə başlayıb. Bundan əlavə, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə göstərilən aqroservis xidmətlərinin fəaliyyət dairəsinin genişləndirilməsində, Səhmdar Cəmiyyətin Bakı Mərkəzi Təhcizat bazasının və regionlarda fəaliyyət göstərən Gəncə, Şirvan, Ucar, Xaçmaz rayonlararası təchizat bazalarının böyük rolu vardır. Hal-hazırda, həmin bazalar “Aqrolizinq” ASC tərəfindən Respublikaya gətirilən kombaynların, traktorların, ekskavatorların və digər kənd təsərrüfatı texnikalarının yerləşdirilməsini, komplektləşdirilməsini, satış qabağı hazırlığın aparılmasını və satışını həyata keçirir. 2008-ci ildən Şəki və Sabirabad logistik gübrə bazaları, 2009-cu ildən Şəmkir və Xaçmaz logistik gübrə bazaları, 2010-cu ildə isə Cəlilabadda və Bərdədə logistik gübrə bazaları yaradılıb. “Aqrolizinq” ASC-in yaranması zamanı onun qarşısına qoyduğu əsas məqsəd, ölkədə kənd təsərrüfatı texnikası çatışmazlığının aradan qaldırılması, fermerlərə güzəştli şərtlərlə bu cür texnika və avadanlıqların verilməsi idi. Sonradan Prezident 2007, 2008, 2009-cu illərdə verdiyi sərəncamlarla onun funksiyalarını daha da genişləndirib. Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş qaydalara əsasən, “Aqrolizinq” ASC dövlət büdcəsi hesabına alınmış texnika və avadanlıqları fiziki və hüquqi şəxslərə dəyərinin 20 faizini qabaqcadan, qalan hissəsini isə 10 il müddətinə qədər (dəyərindən asılı olaraq) ödəmək şərti ilə lizinqə verməlidir. Cəmiyyət həmçinin gübrələri, damazlıq mal-qaranı, məhsuldar toxum sortlarını da alaraq fermerlərə güzəştli şərtlərlə satmalıdır.

HAQQIMIZDA

Siyahi.az saytı olaraq izləyicilərimizin rahatlığı üçün müxtəlif sahələri birləşdirdik.

Daha ətraflı

BİZİ İZLƏYİN