Phone

Dəstək xətti

+99455 577 27 17
  • instagram

Şirkətlər

FLORENCE CLİNİC

FLORENCE CLİNİC

Ən son texnalogiyalara cavab verən laboratoriya ve diaqnostika xidmətləri və peşəkar mütəxəssislərlə Florence Clinic xidmətinizdədir!

N.Tusi adına Klinika

N.Tusi adına Klinika

Mövcud olan eynilikləri bir daha təkrarlamaq istəmədik. Çalışdıq ki, digərlərindən seçilək; fərqli məkanda fərqli xidmətimizlə... N.Tusi adına Klinikadakı vizual görüntülər sizlərə nə qədər xoş təsir bağışlayacaqsa, burada yaradılan şəraitdən, tibbi personalın peşəkarlığından və xidmətindən o qədər də məmnun qalacaqsınız. Hansısa tibbi xidmətin ardınca sərhədlər aşmayın! Tusi adına Klinika sizin axtardıqlarınızla artıq sizin xidmətinizdədir. N.Tusi adına klinikada Poliklinika Tibbi Görüntüləmə Mərkəzi Laboratoriya Cərrahiyyə 24 saat Təcili Yardım şöbələri fəaliyyət göstərir. Klinikamızda müxtəlif ölkələrdə ixtisaslaşmış və təkmilləşdirmə kursları keçmiş mütəxəssis həkimlər tərəfindən yüksək keyfiyyətli diaqnostika və müalicə xidmətləri həyata keçirilir. Kompüter Tomoqrafiya, Maqnit Rezonans Tomoqrafiya, Rəqəmli Rentgen, 4D rejimli USM, müasir laboratoriya, Azərbaycanda yeganə olan endoskopik aparatlar və s. kimi xidmətləri xüsusilə qeyd etmək olar. N.Tusi Klinikası öz fəaliyyəti ilə 24 saat fasiləsiz olaraq Sizin xidmətinizdədir. Tel.: (+99412) 431 35 31, Fax (+99412) 433 55 27 email: [email protected] Hörmətlə, N.Tusi adına klinikanın kollektivi

Sağlam Ailə

Sağlam Ailə

İstənilən müəssisənin uğurlu fəaliyyəti onun kadr potensialı ilə bir baş bir bağlıdır . Təcrübə göstərir ki, biznesdə ən uğurlu yatırım məhz insan resurslarına edilən yatırımdır. Kadr siyasətimiz çərçivəsində Sağlam Ailə Tibb Mərkəzində müvafiq vakansiyalar üzrə işçilərin seçilməsində ilk növbədə namizədlərin təcrübəsinə, bilik və bacarıqlarına üstünlük verilir. Peşəkarlardan ibarət komandanın yaradılması bu sahədə əsas prinsip kimi rəhbər tutulur. Əgər savadınıza və şəxsi keyfiyyətlərinizə əminsinizsə, o zaman Sizi öz sıralarımıza dəvət edirik. Biz Sizə bir tibb mərkəzindən daha çoxunu, ailə təklif edirik!

DIAQNOZ Tibb Mərkəzi

DIAQNOZ Tibb Mərkəzi

Diaqnoz Tibb Mərkəzi 2003-cü ilin Fevral ayının 1-dən fəaliyyət göstərməyə başlamışdır. Öz fəaliyyətinə Bakı şəhəri, Əhmədli qəsəbəsi, Sarayevo küçəsi 19 ünvanında “9” mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində - 120 m2 sahədə başlamışdır. Fəaliyyətə başlayarkən cəmi səkkiz iş kabineti olmuşdur. Müəssisə Əhmədli qəsəbəsində açılan ilk özəl tibb mərkəzi olmaqla bərabər tezliklə əhali arasında nüfuz qazanmışdır. Müəssisəmizdə birinci gündən işə başlamış Respublikamızın tanınmış həkimləri: Həkim-laborantlar: Dr. Səyyarə Axundova, Dr. Elxan Seyidov; Dr.Sehla Memmedova Həkim radioloqlar: Dr. Cahan Hüseynova, Dr. Cəmilə Əfəndiyeva, Dr. Gülnarə Əliyeva; Həkim-kardioloqlar: Dr. Turxan Yusifov və Dr. Ağadadaş Rəşidov;Həkim-ginekoloqlar: Dr. Guler Qarayeva, Dr. Zəkiyyə Hüseynova, Dr.Mesed Eliyeva və başqaları özlərinin dərin elmi bilikləri, çoxillik tibbi təcrübələri, ən əsası da öz sənətlərinə və müalicə etdikləri xəstələrə hörməti sayəsində Böyük Uğurlar əldə etmişlər. Tezliklə əhalinin böyük rəğbətini qazanmış klinikamıza müraciət edən xəstələrin sayının kəskin artması müəssisənin genişləndirilməsinə və yeni binanın zəruriliyinə gətirib çıxarmışdır. Bütün bunları nəzərə alaraq 2005-ci ildə müəssisə üçün Sarayevo küçəsi 38C ünvanında torpaq sahəsi alınmış, orada müasir tələblərə cavab verən 6 mərtəbəli bina inşa edilmişdir. Binada mərkəzi sərinlətmə, istilik sistemi, qaz sistemi və ventilyasiya sistemi beynəlxalq tələblər səviyyəsində qurulmuşdur. Bina “tibbi xəstəxana lifti” ilə də təchiz olunmuşdur. Yeni binada əhaliyə göstərilən geniş spektrli ambulator xidmətlə yanaşı 20 çarpayılıq cərrahi yönümlü Stasionar şöbəsi, ən müasir tələblərə cavab verən Reanimasiya şöbəsi, son texnologiyalarla təchiz olunmuş əməliyyat blokları və sterilizasiya bloku qurulmuşdur. Ambulatoriya kabinetlərin sayı 40-a çatdırılmışdır. Klinikamız fasiləsiz isti və soyuq su, fasiləsiz elektrik enerjisi təminatı, avtonom rejimdə çalışan istilik sistemi ilə təmin olunmuşdur. Xəstələrə evdə xidmət göstərmək üçün hər cür avadanlıqlarla təmin olunmuş “Mercedes” markalı Ambulans maşın alınmışdır.

BAKU MEDİCAL PLAZA

BAKU MEDİCAL PLAZA

Baku Medical Plaza Klinikalar şəbəkəsi sizə özəl xidmətlərini təqdim etməkdədir. 2011-ci ildə Babək filialının, 2013-cü ildə Mərkəz filialının yaradılması ilə fəaliyyət göstərən klinikamız beynəlxalq standartlara uyğun sağlıq xidmətini ölkəmizə gətirmək üçün qurulmuşdur. Klinikaya edilmiş investisiyalar BMP-nin Azərbaycanın ən böyük özəl xəstəxanalarından biri olmasını təmin etmişdir. Hazırda BMP-də 25000 m2 qapalı sahədə 200 stasionar yataqlı, 30 yataqlı reanimasiyası, laminar hava axını ilə təchiz olunmuş 16 əməliyyat otağı, 5 doğumxana və yenidoğulmuşlar üçün 25 küveyzli Reanimasiya ilə tibbi xidmət verilir. Önümüzdəki dövrdə dünyada ən qabaqcıl standartları hədəfləyərək verdiyimiz xidmətləri inkişaf etdirməyi davam edəcəyik. Biz, xaricdə yüksək səviyyəli tibbi təhsil almış yerli həkimlər və tanınmış əcnəbi mütəxəssislər, yüksək tibbi xidmətimiz, müasir tibbi avadanlıqlarımız ilə ölkədən kənarda müalicəyə üstünlük verən xəstələrin seçimi olmaq arzusundayıq. Baku Medical Plaza klinikalar şəbəkəsi sizə yüksək səviyyədə stasionar və ambulator xidmətlərini təqdim etməkdədir. Klinikamızda fəaliyyət göstərən mərkəzlər haqqında qısa məlumatlar: Baku Medical Plazanın Mərkəz filialında fəaliyyət göstərən Ürək Sağlamlıq Mərkəzində Bakının ən qabaqcıl angioqraf cihazı, tam təchiz olunmuş 2 ədəd açıq ürək əməliyyatxanasında hər növ ürək əməliyyatları aparılır. Angio laboratoriyasında 24 saat ərzində infarkt xəstələrinə tibbi yardım göstərilir. Belə xəstələr üçün təcili yardım maşınlarında daşınma xidməti pulsuzdur. Ballon və Stent əməliyyatları əməliyyatları radial angio bilək nəbz arterindən aparılmaqla həyata keçirilir. Bu da qanaxma riski olmadan xəstənin qısa müddətdə evə buraxılmasına imkan yaradır; BMP Qadın və Uşaq Sağlamlıq Mərkəzində ümumi qadın sağlamlığı, hamiləlik təqibi (o cümlədən riskli hamiləliklərin təqibi), hər cür açıq və laparoskopik ginekoloji əməliyyatlar, belə əməliyyatlardan sonra yarana bilən mümkün fəsadların hərtərəfli müalicəsi aparılır; Perinatoloji bölümdə riskli hamiləliklərin təqibi, genetik analizlər (ikili, üçlü və dördlü tarama testləri - Daun, Edvards və Patau sindromların aşıkar olunması), ətraflı USM və ana bətnində dölün müalicəsi həyata keçirilir; Klinikamızda bütün zəruri avadanlıqlarla təchiz edilmiş Pediatriya və Neonatologiya şöbəsi, VİP pediatriya stasionarı xidmətinizdədir; Yenidoğulmuşların Reanimasiyası və İntensiv Terapiya şöbəsi ən qabaqcıl tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş, burada xaricdə yüksək səviyyəli təhsil almış və çalışmış təcrübəli mütəxəssislər tərəfindən xidmət göstərilir; BMP-nin Qadın və Kişi Sonsuzluğu Mərkəzində kişi və qadın sonsuzluqlarının müalicəsi Türkiyənin məhşur Jinemed klinikası ilə birlikdə uğurla həyata keçirilməkdədir; Qastroenteroloji Mərkəzdə mədə-bağırsaq, hepatit, ERCP xəstəlikləri müalicə olunur, qastroskopiya, bronxoskopiya və kolonoskopiya kimi müayinələr aparılır; Nevroloji və İflic mərkəzində EEQ, EMQ, Serebral angio, Parkinson, Baş ağrısı - Miqren, Vertiqo, Epilepsiya, Alzheimer kimi xəstəliklər müayinə və müalicə olunmaqdadır; Ümumi Cərrahiyyə Mərkəzində hər cür Abdomen, endokrin, laparoskopik cərrahiyyəsi, təcili əməliyyatlar aparılır. QBB bölümündə QBB cərrahiyyəsi, qulaq, burun və boğaz xəstəliklərinin müalicəsi aparılır, eşitmə problemləri əməliyyatları, endoskopik üsulla sinus cərrahiyyəsi və s. kimi xidmətlər göstərilməkdədir; Torakal Cərrahiyyə bölümündə ağciyər kistaları, ağciyər şişləri, bronxoskopik əməliyyatlar olunur; BMP-də fəaliyyət göstərən Neyrocərrahiyyə Mərkəzində hər cür spinal əməliyyatlar, bağlı üsulla edilən ağrı müalicələri, beyin qanama əməliyyatları, beyin şişi əməliyyatları edilir. Əməliyyatlarımızda mikroskop və pnevmotik mühərrik sistemləri kimi qabaqcıl texnologiyalardan istifadə edilməkdədir; Klinikamızın Fizioterapiya və Reabilitasiya bölümündə ən müasir avadanlıqlar vasitəsi ilə müalicə olunur; Uroloji bölümüzdə hər növ urolojik xəstəliklərin müayinə və müalicəsi, həmçinin uroloji cərrahiyyə əməliyyatları həyata keçirilir; Ortopediya və Travmatologiya bölümündə oynaq, sümük xəstəliklərinin müalicəsi və əməliyyatları olunur, təcili yardım servisinə travmatoloji xəstələr qəbul olunur; Klinikamızın hər iki filialında Damar cərrahiyyəsi şöbəsi xidmət göstərməkdərdir. Bölümdə damar xəstəliklərinin müalicəsi, əməliyyatları (skleroterapiya, lazer üsulu və s.) olunmaqdadır. Plastik, Estetik və Rekonstruktiv Cərrahiyyə bölümündə hər növ plastik və rekonstruktiv əməliyyatlar, saç əkimi, liposaksiya, abdomenoplastika və digər əməliyyatlar həyata keçirilir. Endokrinoloji bölümdə qalxanabənzər vəzi xəstəlikləri, hipofiz xəstəlikləri, paratiroid xəstəlikləri, mədəaltı vəzi xəstəlikləri, böyrəküstü vəzi xəstəlikləri, tüklənmə - hirsutizm və s. xəstəliklər müalicə olunur. Klinikanın Radioloji şöbəsində 64 slice KT (KT angio), MRT, 3D, 4D, Doppler USM, Digital rentgen vasitəsi ilə diaqnostika aparılır. BMP Təcilli Yardım servisində iflic, koma, infarkt - ürək çatışmamazlığı, travmalar (o cümlədən qəza sonrası), beyin qansızması, cərəyan vurması, həzm və tənəffüs sistemi problemləri, kiçik cərrahi müdaxilələr (yaraların tikilməsi, dəri və dərialtı törəmələrin çıxarılması və s.) aparılır, ilkin neonatal və pediatrik yardım göstərilir. Türkiyənin məhşur Kalyon Laboratoriyalar şəbəkəsi ilə müştərək fəaliyyət göstərən Laboratoriyamızda 24 saat ərzində tam avtomatlaşdırılmış müasir cihazlar vasitəsi ilə hər növ analizlər aparılır, cavabların alınması üçün e-nəticə sistemi fəaliyyət göstərir.

AVRASİYA KLİNİKASI

AVRASİYA KLİNİKASI

Avrasiya klinikası 2007-ci il aprel ayında fəaliyyətə başlamışdır.Klinikada poliklinika-diaqnostika və cərrahi stasionar şöbələri fəaliyyət göstərir.Həmçinin klinkamızda beynəlxalq standartlara cavab verən cihaz və avadanlıqlar quraşdırılmışdır.Yarandığı gündən insanların sağlamlığının qeydinə qalmağı ozünün müqəddəs vəzifəsi hesab edən klinika rəhbərliyi,tibbi xidmətin müasir təbabətin ən son nailiyyətlərindən bəhrənələrək yüksək səviyyədə təşkil olunmasına böyük önəm verir. Tibbi xidmətin daha yüksək səviyyədə təşkil edilməsi məqsədi ilə klinika dünyanın bir sıra ölkələrinin qabaqcıl tibbi müassisələri ilə əməkdalşlıq edir,təcrübə və həkim mübadiləsindən geniş şəkildə bəhrələnir. “Sağlamlığınızı bizə etibar edin” şüarını özünün fəaliyyət kredosu seçən kollektivimiz əhaliyə nümunəvi tibbi xidmət göstərmək üçün bütün vasitələrdən istifadə edir. Biz daim xidmətlərimizin keyfiyyətini artırmaq üçün araşdırmalar aparır,tibbi personalın daxildə və xaricdə təhsil almasını və təlim keçməsini təmin edirik. Hədəfimiz,beynəlxalq səviyyə sisteminə inteqrasiya olaraq, Qafqaz regionunda ən yaxşı tibbi mərkəzlərdən birinə çevrilərək,dünya çapında şöhrətə sahib olmaqdır.

Vital Klinika

Vital Klinika

VREPRODUKTİV SAĞLAMLIQ - klinikamız kişi və qadın sağlamlığı - sonsuzluq, cinsi yolla keçən xəstəliklər, kişilərdə prostat xəstəlikləri, cinsi zəiflik, tez boşalma, hamiləlik zamanı qadınların müşahidəsi, müayinəsi və müalicələri. REABİLİTASİYA MƏRKƏZİ-ndə onurğa problemləri, Skalioz. Kifoz. Lordoz, əyripəncəlik, yastıpəncəlik dərmansız, xüsusi idmanlar, manual terapiya, dartma, miastimulyasiya, massajlar vasitəsilə müalicə olunur. Klinikada həmçinin dietoloq göstərişi ilə, xüsusi pəhrizlər, idmanla artıq çəkidən azad olmaq olar. STOMATOLOGİYA klinikamızın stomatoloji şöbəsində peşəkar mütəxəssislər işləyir. EKSTRAKORPORAL -şöbəsində ozonla müalicə, qanın ultrabənövşəyi şüalarla şüalandırılması, membran və qravitasion plazmaferez bir çox xəstəliklərin müalicəsində, o cümlədən sonsuzluğun müalicəsində prostatitlərdə, endokrin sistemi xəstəliklərdə, şəkərli diabet, astma kimi yayilmış xəsrəliklərdə, allergiya və immun sistemin digər xəstəliklərində hamilələrdə toksikoz, anemiya və başqa problemlər zamanı aparılan müalicələr danılmaz müsbət effektlər verir. Klinikada xanımlar və bəylər ən son model ALEXANDRİTE CYNOSURE APOGGE+ və soyuducu ZİMMER aparatı ilə tam ağrısız, kontaksız, birdəfəlik arzuolunmaz tüklərdən azad ola bilərlər.

Turan Klinikası

Turan Klinikası

Sizlər klinikamıza müraciət etdiyiniz andan peşəkar tibbi personalının qayğısı ilə əhatə olunursunuz. Səhhətinizdə olan bütün problemlər yüksək ixtisaslı həkimlər tərəfindən araşdırılır, müvafiq müayinə və müalicələr təyin edilir, təyin edilmiş müalicələr həkimlər tərəfindən izlənilir! Klinikamızın Cərrahiyyə bölümündə geniş profilli cərrahi əməliyyatlar, yüksək ixtisaslı həkimlər və peşəkar personalın köməyi ilə həyata keçirilir.Ən müasir avadanlıqlarla təchizat işimizin keyfiyyətini artırır.24 saat cərrahiyyə bizim iş qrafikimizdir!

MODERN HOSPİTAL

MODERN HOSPİTAL

Hazırda ölkəmizdə 500-ə yaxın özəl tibbi müəssisə fəaliyyət göstərir ki, onlar dünya təcrübəsindən bəhrələnərək tibbi xidmətin müasir səviyyədə təşkilinə öz töhfələrini verir. Belə müəssələrdən biri də 2008-ci ilin noyabr ayında Bakıda fəaliyyətə başlayan, müasir avadanlıqlarla təchiz olunmuş və yüksək ixtisaslı həkimlərin çalışdığı Modern Hospitaldır. Bu gün Azərbaycanda çox əlverişli biznes mühiti formalaşmışdır. Cənab Prezidentin həyata keçirdiyi davamlı inkişaf proqramları tibb sahəsi üçün də münbit şərait yaratmışdır. Ölkəmizdə inşa edilən yüzlərlə yeni tibb müəssisələri və regional tibb mərkəzləri əhalinin sağlamlığının qorunmasında mühüm əhəmiyyətə malikdir. Ölkəyə çox qiymətli tibbi cihazlar gətirilir. Bu isə hər cür xəstəliyin müayinə və müalicəsinə geniş imkanlar yaradır. Klinikamız çoxprofillidir, pasientlərimizə stasionar xidmət də göstərilir. 41 çarpayımız 8-i reanimasiya şöbəsində, 33-i isə ümumi stasionar palatadadır.Burada ürək cərrahiyyəsindən başqa bir çox sahələr üzrə cərrahi əməliyyatlar aparılır. Laporaskopik üsul və endoskopik cihazlar vasitəsi müxtəlif əməliyyatlar icra olunur. Vaxtaşırı türk həkimlərinin köməyi ilə Azərbaycanda yenə ilk dəfə Modern Hospitalda icra olunan mikroskop vasitəsi ilə qulaqda əməliyyat aparılır. Uroloji xidmətlər - müayinələr, endo-uroloji əməliyyatlar Avropa və Amerika uroloji assossiasiyalarının qəbul etdiyi protoklollar əsasında həyata keçirilir. Bu və digər sahələrdə ən müasir müalicə standartlarını klinikamızda çoxdan tətbiq edirik. Almaniya və Turkiyənin bir çox qabaqcıl klinikaları ilə əməkdaşlıq edirik. Maddi-texniki təchizat məsələsi ilə bağlı biz tibbi cihazları dünyaca məhşur firmalardan alırıq. Əsas üstünlüyü Yaponiya, ABŞ, Almaniya, İtaliya kimi ölkələrə veririk. Bu gün klinikamızda çox qiymətli cihazlar var. Məsələn, mədə-bağırsaq xəstəliklərinin müayinəsinin endoskopiya üsulu var. Biz indi videoendoskopiya vasitəsi ilə xəstəyə heç bir əziyyət vermədən bu müayinəni aparırıq. Kamera endoskopun ucunda olduğundan daha geniş informasiya götürmək imkanı yaradır. Müayinə zamanı ekrana xəstə də, həkim də baxa bilər və prosesin kompyuterin yaddaşında qeyd olunması da mümkündür. Endoskopiya klinikamızda bir çox sahələrdə uğurla tətbiq edilir.Modern Hospital klinikasında müharibə əlilləri, şəhid ailələri və məcburi köçkünlərə güzəştlər tətbiq olunur. Təhsil nazirliyinə bağlı uşaq evləri və “SOS” Uşaq Kəndində olan kimsəsiz uşaqları bizim klinika tam pulsuz müayinə və müalicə edir. Bundan başqa klinikamızda müharibə əlilləri,şəhid ailələri və məcburi köçkünlərə güzəştlər tətbiq olunur. Söz yox ki, gələcəkdə biz öz güzəşt kateqoriyalarımızı daha da genişləndirəcəyik.

Mərkəzi Klinika

Mərkəzi Klinika

Mərkəzi Klinika yarım əsirlik tarixə malik nüfuzlu bir səhiyyə ocağıdır. Xəstəxananın binası 1963-cü ildə layihələşdirilmiş və 01.10.1965-ci ildə tikintisi sona çatdırılaraq istifadəyə verilmişdir. Həmin dövrdə başqa ünvanda fəaliyyət göstərən Azərbaycan SSR Səhiyyə Nazirliyinin IV Baş İdarəsinin 1 saylı Xəstəxanası bu binaya köçürülmüş və 1999-cu ilədək fəaliyyət göstərmişdir. Xəstəxananın ilk baş həkimi görkəmli səhiyyə işçisi və təşkilatçısı Məcid Ələsgər oğlu Hacıyev olmuşdur. 300-çarpayılıq bu xəstəxana xüsusi bir kantingentə, o cümlədən yüksək dövlət və ictimai xadimlərə, vəzifəli şəxslərə tibbi xidmət göstərərək, xalq arasında `Leçkomissiya` adı ilə məhşurlaşmışdır. Respublikamızın ilk müstəqillik illərində bir müddət Səhiyyə Nazirliyinin Reabilitasiya şöbəsinin 1 saylı xəstəxanası kimi fəaliyyət göstərdikdən sonra, Ümummilli liderimiz Heydər Əliyev cənablarının şəxsi təşəbbüsü ilə xəstəxananın binası qısa müddətdə (01.05.1999-01.03.2001-ci illər) beynəlxalq standartlara uyğun rekonstruksiya edilmiş və 24.04.2001-ci il tarixindən Türkiyə Cümhuriyyətinin AHSEL Holdinq Şirkətinə 10 il müddətinə idarəetməyə verilmişdir. Həmin dövrdən də Səhiyyə Nazirliyinin tam təsərrüfat hesablı Mərkəzi Klinik Xəstəxanası adı ilə fəaliyyətə başlamışdır. 2007-ci ildə möhtərəm prezidentimiz İlham Əliyev cənabları tərəfindən xəstəxananın fəaliyyətinə ən ali səviyyədə yüksək etimad göstərilmiş və Mərkəzi Klinika adı altında Azərbaycan Respublikasının Prezidentinin Xüsusi Tibb Xidmətinin tabeçiliyinə verilmişdir. 2009-cu il iyunun 25-də Mərkəzi Klinikanın inkişafının məntiqi davamı kimi başqa bir ünvanda Ambulatoriya fəaliyyətə başlamışdır. Ambulatoriyanın yerləşdiyi bina 1895-ci ildə inşa olunmuşdur və 2008-ci ildən etibarən 1 il ərzində aparılan yenidənqurma işləri nəticəsində müasir görkəm almışdır. Hazırda Mərkəzi Klinika Bakı şəhərində iki ünvanda -Parlament prospekti 76 ünvanında Xəstəxana, Zərifə Əliyeva 5 ünvanında isə Ambulatoriya kimi xalqımıza tibbi xidmət göstərir. Yaranma zərurəti və vacibliyi. Sovet İttifaqının dağılması və müstəqil respublikanın elan edilməsi ilə əlaqədar keçid dövrünün sosial-iqtisadi problemləri bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində də çətin vəziyyət yaratmışdır. Səhiyyə müəssisələrinin texnika və texnalogiyaları fiziki və mənəvi aşınmaya məruz qalmış, köhnəlmiş, bu səbəbdən də xalqa lazımi səviyyədə tibbi xidmət göstərə bilmirdi. Vətəndaşlarımız ən adi xəstəliklərin diaqnoz və müalicəsi üçün xarici ölkələrə üz tuturdu. Belə hallar vətəndaşlarımıza narahatlıq gətirməklə yanaşı, səhiyyə sistemimizə olan etibarın da azalmasına gətirib çıxarmışdı. Bununla birlikdə onların xarici ölkələrdə ikinci dərəcəli vətəndaşlar kimi qarşılanması, mənəvi cəhətdən alçaldılmaları halları da baş verirdi. Bu hallar respublikamızdan böyük miqdarda valyutanın xarici ölkələrə axımına da şərait yaradırdı. Mövcud yüksək ixtisaslı tibbi kadrlar ya xarici ölkələrə gedir, ölkədə qalanlar isə müasir nəzəri və praktik biliklər əldə edə bilmədiklərindən inkişafdan geri qalırdı. Bu vəziyyəti xəstəxanamızın açılışı zamanı Ümummilli Liderimiz öz nitqində daha dəqiq ifadə etmişdir: “Son illər belə bir halı müşahidə etməyə başladıq ki, Azərbaycanda bir çox xəstəliklərin müalicəsi mümkün deyil, hətta xəstəliklərin deyil, bəzi xəstəliklərə aid müayinənin aparılması da mümkün deyil. Çünki, masir səhiyyə elmi əsaslarla, dünyada əldə olunmuş təcrübə əsasında və bir də səhiyyə sahəsində elmi-texniki-tərəqqinin, bu sahədə dünyada yaranmış imkanların əsasında qurulur”. Belə bir vəziyyət ölkəmizdə yüksək səviyyəli bir səhiyyə müəssisəsinin yaradılmasını günün ən aktual məsələsinə çevirirdi. Lakin o dövrdə respublikanın maliyyə imkanlarının məhdudluğu və yeni müasir tələblərə imkan verən xəstəxananın yaradılmasının isə çox böyük maliyyə vəsait tələb etməsi, bu sahəyə vəsait ayrılmasına böyük cəsarət və uzaqgörənlik tələb edirdi. Məhz Ümummilli Lider hər sahədə olduğu kimi, burada da öz cəsarətini və uzaqgörənliyini göstərərək Mərkəzi Klinik Xəstəxananın yaradılması kimi müdrik qərar verdi və maliyyə vəsaiti ayırdı. Məhz buna görə Mərkəzi Klinik Xəstəxana müstəqil Azərbaycan dövlətinin banisi və memarı, təkcə Azərbaycanın deyil, dünyanın tanınmış siyasi xadimlərindən biri, Ümummilli Liderimiz Heydər Əliyevin səhiyyə siyasətinin xalqımıza bəxş etdiyi töhfəsi hesab edilməlidir. Fəaliyyət və uğurlarımız. Mərkəzi Klinika fəaliyyət göstərdiyi on dörd ilədək bir müddət ərzində qarşısına qoyduğu vəzifələri ləyaqətlə yerinə yetirmiş və bu istiqamətdə fəaliyyətimiz davam edir. Xəstəxanamız tibbin əsas istiqamətləri üzrə xalqımıza beynəlxalq standartlara uyğun xidmət göstərərək qısa müddətdə nəinki Azərbaycanda, eyni zamanda Qafqazda böyük nüfuza malik bir şəfa ocağına çevrilmişdir. Mərkəzi Klinika beynəlxalq standartlara uyğun, daim yenilənən, tibbin son nailiyyətlərinə əsaslanan tibbi texnika, texnologiya və peşəkar personalla xidmət göstərir. Xəstəxanamızda bütün istiqamətlərdə təkmilləşmə işləri aparılır, xidmətlərimizin keyfiyyəti, növləri və istiqamətləri daim genişləndirilir, yeni layihələr həyata keçirilir. Xalqımıza müasir tibbin ən son nailiyyətlərindən peşəkarcasına istifadə etməklə tibbi xidmət göstərmək və beləliklə də, onlarda milli səhiyyəyə inamı və etibarı daha da gücləndirmək Mərkəzi Klinikanın əsas FƏALİYYƏT FƏLSƏFƏSİNƏ çevrilmişdir. Mərkəzi Klinika Ambulatoriyası isə 3 mərtəbədən ibarət olmaqla ümumi sahəsi 4200 kvadratmetirdir. Burada ən son tibbi cihaz və avadalıqlarla təchiz olunmuş və müasir tibbi texnalogiyalar əsasında fəaliyyət göstərən Əməliyyatxana, Diqnostika, Ginekologiya, Pediatriya, Terapiya, Kardiologiya, Travmatologiya, Fizioterapiya və s. kimi tibbi şöbələri fəaliyyət göstərir ki, onların təchizat və yaradılmış imkanlar baxımından regionda analoqu yoxdur. Ölkə rəhbərliyinin xüsusi diqqəti və qayğısı nəticəsində yaradılan bu şərait əsasında bu günədək həmin dövrdə ölkəmizdə həyata keçirilməyən tibbi xidmətləri, cərrahi əməliyyatları, o cümlədən 10 000-dən çox açıq ürək əməliyyatı, 30 000-dən çox angioqrafiya, sümük iliyinin transplantasiyası, süni mayalandırma və sair mürəkkəb əməliyyatların uğurla həyata keçirilmişdir. Vətəndaşlarımıza ən müasir tibbi cihazlarla (KT, MRT, ND, Angioqrafiya və s.) son dərəcə dəqiq diaqnozlar qoymağa və laborator analizlər aparmağa imkan verən şərait yaradılmışdır. Təcrübəli həkimlər tərəfindən həyata keçirilən əməliyyatlar və göstərilən tibbi xidmətlər nəticəsində on minlərlə vətəndaşımız öz sağlamlığına qovuşmuş və şəfa tapmışlar. Eyni zamanda nəinki öz vətəndaşlarımız, artıq fəxrlə deyə bilərik ki, xarici ölkə vətəndaşları da, diplomatik nümayəndəliklərin, nüfuzlu xarici şirkətlərin əməkdaşları da xəstəxanamızda göstərilən tibbi xidmətlərdən istifadə edir, öz sağlamlıqlarını bizə etibar edirlər. Bir sözlə həm xidmətlərimizin sayı və ümumi dövriyyəmiz, həm də cəmiyyət arasında etibar və nüfuzumuz durmadan artır, xəstəxanamıza bəslənən ümidləri doğrulduruq. Mərkəzi Klinika səhiyyə sahəsində bir milli brendə çevrilərək, bütövlükdə Azərbaycan Səhiyyəsində sürətli inkişafın hərəkətverici qüvvəsinə (lokomotivinə) çevrilmişdir.

MediStyle Hospital

MediStyle Hospital

Medistyle Hospital 2012-ci ildə yaradilmişdir. Hospitalın ümumi sahəsi 4500 kvadratmetr olan 6 mərtəbəni əhatə edən binada yerləşir. Hospital ambulator xidmətləri əhatə edən poliklinika, eyni zamanda 4 əməliyyat otağindan ibarət əməliyyat bloku olan 20 yataqli cərrahi stasionar, həmçinin 5 yataqli intensiv terapiya bölməsi və 9 yataqli terapevtik stasionar şöbədən ibarətdir. Cərrahi şöbədə laporoskopik və ənənəvi cərrahiyyə, plastik cərrahiyyə, qulaq-burun-boğaz cərrahiyyəsi, ginekologiya, urologiya, ortopediya şöbələri fəaliyyət göstərir. Medistyle hospitalda həm təcili, həm də planli aparilan cərrahi əməliyyatlar mövcuddur. Həmçinin digər xəstəxanalarin reanimasiya şöbəsində yatan və ya ağir xəstələrinə klinikamiz tərəfindən ambulans təşkil olunub. Xəstələr klinikamiza gətirilir, müvafiq xidmət göstərildikdən sonra yenidən xəstəxanaya çatdirilir. Azərbaycan, Rusiya, Türkiyə və Avropada təhsil almış həkimlər geniş maddi-texniki bazaya malik bölümlərdə müvafiq tibbi yardim göstərirlər. Eyni zamanda Medistyle Hospital Türkiyə, Rusiya, Almaniya, İtaliya kimi ölkələrin klinikalari ilə əməkdaşliq edir. Xüsusilə Dünya Göz Xəstəxanasi ilə six əməkdaşliq əlaqələrimiz var. Xəstələrin öz istəyi ilə Medistyle Hospitalda səhiyyə turizmi də təşkil olunub. Laboratoriyamiz sanitar normalara cavab verən, avropa standartlarina uyğun, müasir analizatorlarla təchiz olunmuşdur. Həmçinin klinikada endoskopik müayinələr də aparilmaqdadir. Klinikanin radioloji bölümündə isə rentgen, kompyuter tomoqrafiyasi, maqnit-rezonans tomoqrafiya, ultrasəs aparatlari quraşdirilmişdir. Kardioloji bölümdə noninvaziv müayinələr üçün ən son model-exokardioqraf, elektrokardioqraf, holter monitor, tredmil stress test cihazlari yerləşdirilib. Klinikada həmçinin elmi-praktik məşğələlərin və təlimlərin keçirilməsi üçün 80 nəfərlik konfrans zali, birbaşa əməliyyatxanadan görüntü ilə təmin olunmuş 2 ədəd 12 nəfərlik təlim mərkəzi fəaliyyət göstərir.

Bioloji Təbabət

Bioloji Təbabət

Bioloji təbabət xəstəlik aysberqinin təkcə görünən hissəsini məhv etmir, o həmdə xəstəlik aysberqini bütövlükdə əridə biləcək gücə malikdir. Öz – özünü tənzimləmə orqanizmdə daim baş verən bioloji proseslərin tarazlıqda olması deməkdir.Uzun zaman təsir edən çoxsaylı səbəblər nəticəsində bu tarazlıq pozulur və fərdi xüsusiyyətlərdən asılı olaraq insanlarda müxtəlif ağır xroniki xəstəliklər yaranır. Bioloji təbabət xüsusilə xroniki xəstəlikləri çox uğurla müalicə edir. Bioloji təbabət öz müalicəvi üsullarını insan orqanizminin öz-özünü tənzimetmə funksiyalarını aktivləşdirmək istiqamətində tətbiq edir. Onurğa yırtığı xəstəliyi artıq əməliyyat olmadan uğurla müalicə olunur. Hormonal pozulmalar, psoriaz, artroz, qırmızı qurd eşənəyi, trofiki və diabetik xoralar, başlanmış qanqrena artıq Bioloji təbabət üsulları ilə müalicəsi mümkün olan xəstəliklər sayılır. Bioloji təbabət fərqli düşünür. Fərqli düşünən fərqli iş görür. Bioloji təbabətə əsasən,insan orqanizmi özünü tənzimləmə imkanlarına malik olan vahid biosistemdir. Bu imkanların uzun müddət pozulması ağır xroniki xəstəliklərə,o cümlədən şiş xəstəliklərinə qədər gətirib çıxara bilir. Öz –özünü tənzimləmə orqanizmdə daim baş verən bioloji proseslərin tarazlıqda olması deməkdir.Uzun zaman təsir edən çoxsaylı səbəblər nəticəsində bu tarazlıq pozulur və fərdi xüsusiyyətlərdən asılı olaraq insanlarda müxtəlif ağır xroniki xəstəliklər yaranır. Bioloji təbabət xroniki xəstəliklərin müalicəsində insanın öz-özünü tənzimləmə, müdafiə və sağaltma qabiliyyətini bərpa edir. Bioloji təbabətdə xəstənin fərdi xüsusiyyətləri əsas götürülür, və buna görə də Bioloji təbabət xəstəliyi deyil,xəstəni müalicə edir. Bioloji təbabətdə müalicə üçün istifadə olunan dərman preparatlarının heç bir əlavə təsiri yoxdur,çünki onların miqdarı insan orqanizmində olan bioloji prosesləri idarə edən bioloji maddələrin miqdarındadır. Sumqayıt və Göyçay şəhərlərində fəaliyyət göstərən filiallarımızda əhalimizə yüksək səviyyədə tibbi xidmət göstərilməkdədir.

HAQQIMIZDA

Siyahi.az saytı olaraq izləyicilərimizin rahatlığı üçün müxtəlif sahələri birləşdirdik.

Daha ətraflı

BİZİ İZLƏYİN